Şəkidə ağır yol qəzası - 6 nəfər yaralandı
13:18 14 Fevral 2018
Şəkidə baş verən yol qəzasında 6 nəfər xəsarət alıb.
Fevralın 13-ü axşam saat 19:30 radələrində rayonun Baş Göynük avtomobil yolunda “VAZ” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması ilə nəticələnən yol qəzası baş verib. Qəzadan sonra avtomobillərdə olanlar: Şəki rayonu Baş Şabalıd kənd sakini 1955-ci il təvəllüdlü Səlim Yaqub oğlu Səlimov, Səlimin qızı 1987-ci il təvəllüdlü Reyhanə Səlimova, Baş Şabalıd sakini, 2010-cu il təvəllüdlü Cəbrayıl Söhrab oğlu Həsənov, Cəbrayılın anası 1980-cı il təvəllüdlü Çinarə Etibar qızı Həsənova, Şin kənd sakini 1963-cü il təvəllüdlü Aydın Cuma oğlu Paşayev və Qax rayon sakini 1990-cı il təvəllüdlü Tural Mikayıl oğlu Rəsulov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.
MRX-dan APA-ya verilən məlumata görə, yaralılardan Cəbrayıl Həsənov və Tural Rəsulovun müalicələri xəstəxananın reanimasiya şöbəsində, Səlim Səlimovun müalicəsi isə cərrahiyə şöbəsində aparılır.
Reyhanə Səlimova, Aydın Paşayev və Çinarə Həsənovanın vəziyyətləri yüngül olduqlarından onlara xəstəxanada ilkin yardım göstərildikdən sonra evə buraxılıblar.
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
Femida.az
Oxunub: 1241
Oxşar xəbərlər
- Məktəblərdə “Bilik Günü” təntənəli şəkildə qeyd edilməyəcək - RƏSMİ
- Şəkidə avtomobil piyadanı vuraraq öldürüb
- Şəhidin 5 yaşlı övladı faciəvi şəkildə vəfat etdi
- Şəkidə traktor aşıb, iki nəfər ölüb
- Şəki Penitensiar Müəssisəsinə narkotik və psixotrop maddə keçirilməsinin qarşısı alınıb
- Ginekoloq özünü binadan niyə atıb? - “Əri içib, ona şəkil atıb ki..." - Həkimlər nələr danışdı?
- Bakıda daş karxanasında fəhlə faciəvi şəkildə ölüb
- DİN Şəkidəki ağır yol qəzasının başvermə səbəbini açıqlayıb
- Azərbaycanda futbolçu faciəvi şəkildə öldü-FOTO
- Şəkidə narkotiklə saxlanılan şəxsin digər cinayət əməlinin üstü açılıb