Tayvan iki dəfə silkələndi - 5 dəqiqə fərqlə


13:22     14 Fevral 2018 zelzele3.jpg

Tayvanda 4,0 bal gücündə 5 dəqiqə fərqlə ardıcıl iki zəlzələ baş verib.


Femida.az-ın Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, ilk zəlzələ saat 00:16-da (GMT) qeydə alınıb. Yeraltı təkanların episentri Hualyan şəhərindən 9 kilometr cənub-qərbdə, ocağı isə 11 kilometr dərinlikdə yerləşib.

Digər zəlzələ cəmi 5 dəqiqə sonra saat 00:21-də (UTC) qeydə alınıb. Bu zəlzələnin episentri Hualyan şəhərindən 10 kilometr cənub-qərbdə, ocağı isə 16 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Femida.az

Açar sözlər: #zəlzələ   #Tayvan  

Oxunub: 513