Azərbaycanda silsilə cinayətlər törətmiş şəxs 20 ildən sonra tutuldu - Moskvada


13:27     14 Fevral 2018 korrupsiyaya-qarsi-idare-vezifeli-qadini-hebs-etdi.jpg

Azərbaycanda bir sıra ağır cinayətlər törətdiyinə görə beynəlxalq axtarışda olan etnik qruplaşma lideri 20 ildən sonra Moskvada tutulub.



Femida.az xəbər verir ki, bu barədə məlumat Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Moskvanın Qərb dairəsi üzrə Daxili İşlər İdarəsinin saytında yerləşdirilib.

Bildirilir ki, 49 yaşlı şəxs 1997-ci ildən bəri Azərbaycan ərazisində quldurluq, adam oğurluğu və soyğunçuluq törətdiyinə görə axtarışda olub.

DİN rəsmisi İrina Volkun sözlərinə görə, həmin şəxs başqasının SSRİ pasportundan istifadə edərək Rusiya vətəndaşlığı və Rusiya pasportu alıb.

Hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilib ki, bu məlumatlar əsasında Azərbaycanda tamamilə başqa şəxs yaşayır. Saxlanılan şəxsin mənzilində aparılan axtarış zamanı döyüş vəziyyətində olan tapança, 23 patron, həmçinin Qazaxıstan Respublikası vətəndaşına aid saxta pasport aşkar olunub.

Faktla bağlı cinayət işi qaldırılıb, saxlanılan şəxs həbs olunub. Onun cəzasını çəkdikdən sonra Azərbaycana ekstradisiyası planlaşdırılır.


Femida.az

Açar sözlər: #Cinayət   #Həbs   #Moskva   #Rusiya   #Polis  

Oxunub: 760