Bu dövlət orqanlarında vakant yer var - SİYAHI
13:43 14 Fevral 2018
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 6 dövlət orqanında 165 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edilib.
DİM-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrin hamısı mərkəzi icra hakimiyyəti orqanlarının (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (110 vakant vəzifə), Kənd Təsərrüfatı Nazirliyi (43 vakant vəzifə),, Təhsil Nazirliyi (8 vakant vəzifə), Dövlət Statistika Komitəsi (2 vakant vəzifə), Maliyyə Nazirliyi (1 vakant vəzifə) və Səhiyyə Nazirliyi (1 vakant vəzifə)) mərkəzi aparatlarında, tabeliyində olan qurumlarında və yerli təşkilatlarındadır.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.
Ümumi müsahibədə iştirak etmək istəyən Azərbaycan vətəndaşları sənədlərini 2018-ci il 4 mart saat 18:00-dək Dövlət İmtahan Mərkəzinə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) şəxsən və ya poçt xidməti vasitəsilə təqdim etməlidirlər.
Femida.az
Oxunub: 793
Oxşar xəbərlər
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Nazirlik ölkədən çıxışına qadağa qoyulan teatr direktoru ilə bağlı araşdırma aparır
- Nazirlik “Buta” klinikasının fəaliyyətini dayandırıb
- Nazirlik: "Azərbaycanda meymunçiçəyi virusuna yoluxma halı qeydə alınmayıb"
- Nazirlik bəstəkar-müğənninin bağ evində aşkarlanan ayı balası ilə bağlı məlumat yayıb
- Nazirlik: "Vətən müharibəsində yaralanan 3 minədək hərbçiyə əlillik təyin edilib"
- Nazirlik rayon təhsil şöbələrinin gələcək fəaliyyətinə aydınlıq gətirib
- Nazirlik xaricdə təhsil alan həkimlərin aksiyasına münasibət bildirib
- Nazirlik: "Rusiya XİN Türkmənçay müqaviləsi ilə bağlı məlumatı təhrif edib"
- Nazirlik “Omikron”dan qorunmaq üçün əhaliyə tövsiyə verib