Bakıda həbs edilən ermənidən yeni xəbər


13:52     14 Fevral 2018 1398947325_mehkeme.jpg


Bakı Apellyasiya Məhkəməsində Bakıda cəzaçəkmə müəssisəsində cəza çəkən erməni əsilli Marat Ueldanovun saxlanma rejiminin dəyişdirilməsi barədə məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, M.Ueldanovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, 2016-cı il iyulun 28-də Bakıda Rusiya vətəndaşı M.Ueldanov saxlanılıb. Ona qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Bundan sonra erməni mətbuatı və Rusiyadakı ermənipərəst KİV-lər M.Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, guya M.Ueldanov Bakıda erməni olduğuna görə saxlanılıb.

O, Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi, külli miqdarda narkotik vasitə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib.

Daha sonra M.Ueldanovun saxlanma rejimi dəyişdirilib. Belə ki, müəssisənin rəisi M.Ueldanovun həbsxana rejiminə keçirilməsi barədə Xəzər Rayon Məhkəməsinə təqdimatla müraciət edib. Məhkəmə təqdimatı təmin edib və M.Ueldanovun həbsxana rejiminə keçirilməsi barədə qərar qəbul olunub. Qərardan narazı qalan məhkum apellyasiya şikayəti verib. O, şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini istəyib./report

Femida.az

Açar sözlər: #həbs   #erməni   #Ueldanov   #cinayət  

Oxunub: 1106