Azərbaycanlı tələbə peykin orbitə buraxılmasında iştirak edəcək
14:17 14 Fevral 2018
Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi “Azərspace-2” peykinin orbitə buraxılması mərasimində iştirak edəcək və ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən bu hadisənin canlı şahidi olacaq.
Azərbaycanın üçüncü peyki olacaq “Azerspace-2” peykinin buraxılması cari ilin aprel ayında Fransız Qvianasında yerləşən Kuru kosmodromunun Qviana Kosmik Mərkəzində baş tutacaq.
BANM-ın rektoru Elmar Qasımov Ali Məktəbin tələbəsinin ölkə üçün tarixi əhəmiyyətli mərasimdə - “Azerspace-2” peykinin orbitə buraxılmasında iştirakı üçün dəvət aldığına görə “Azərkosmos” ASC-nin rəhbərliyinə təşəkkür edib və onun bütün heyətinə uğurlar diləyib.
BANM ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti arasında olan qarşılıqlı əməkdaşlıq çərçivəsində bu böyük tədbirdə iştirakı nəzərdə tutulmuş tələbə Ali Məktəbin “Neft-qaz mühəndisliyi” ixtisasının üçüncü kurs tələbəsi olan Fərdin Vətənidir. BANM-a 690 balla daxil olan Fərdin Vətəni Ali Məktəbin aktiv sosial-ictimai fəaliyyəti ilə fərqlənən tələbələrindəndir, eyni zamanda Prezident təqaüdçüsüdür.
Qeyd edək ki, 2013-cü ildə ilk peykinin orbitə çıxarılması ilə Azərbaycan dünya kosmik klubunun üzvünə çevrilmiş və ölkəmizdə kosmik sahənin əsası qoyulub.
Femida.az
Oxunub: 753
Oxşar xəbərlər
- Tələbəni vurub öldürən avtobus “BakuBus”a məxsus imiş
- Tələbələrin köçürülməsi üzrə nəticələr açıqlanıb
- BDU kollecinin tələbəsi dənizdə boğulub
- BSU-nun tələbəsi vəfat edib
- Qəbələdə tələbə tüfənglə özünü öldürüb
- Rusiya hərbçilərinin girov götürdüyü azərbaycanlı tələbə azad olunur
- Azərbaycanda 22 yaşlı əlaçı tələbə qəflətən vəfat edib
- Azərbaycanlı tələbə Ukraynada necə əsir düşüb? – ÖZÜ DANIŞIR
- Ukraynada rusların girovluğunda olan azərbaycanlı tələbə atasına zəng edib
- Neftçalalı tələbənin Ukraynada rus əsgərlərinin girovluğunda olduğu iddia edilir