Azərbaycanlı milyarder Türkiyədə məktəb tikdirdi - VİDEO


14:40     14 Fevral 2018 18_02_14_1518590408.jpg


Türkiyədə “81 ildə 81 anaokulu” layihəsi çərçivəsində azərbaycanlı iş adamı Mübariz Mənsimov tərəfindən məktəb tikilib.

Məktəbin açılışında Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvləri, bələdiyyə sədrləri, Azərbaycanın Qarsdakı konsulu, vali, o cümlədən “Palmali” şirkətlər qrupunun vitse-prezidenti Vüqar Hüseynli və digər hökumət nümayəndələri iştirak ediblər.

Türkiyənin Baş naziri Binali Yıldırım açılış mərasiminə canlı bağlantı ilə qatılaraq Mübariz Mənsimova bu xeyirxah əməlinə görə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, bu, Mənsimov tərəfindən Qarsda tikdirilən ikinci məktəbdir.



Femida.az

Açar sözlər: #Türkiyə   #MübarizMənsimov   #məktəb   #xeyriyyə  

Oxunub: 1261