Prezident baş nazirin elçisini qəbul edib - YENİLƏNDİ
18:20 14 Fevral 2018
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi xanım Baronessa Emma Nikolsonu qəbul edib.
Femida.az xəbər verir ki, dövlətimizin başçısı Baronessa Emma Nikolsonun Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Bakıda keçiriləcək 4-cü iclasında iştirakına görə minnətdarlığını bildirdi.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, BP şirkəti ilə Azərbaycan arasında uzun illər səmərəli əməkdaşlığın həyata keçirildiyi qeyd edildi.
Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfənin, “Cənub Qaz Dəhlizi” layihəsinin önəmi vurğulandı, layihə ilə bağlı Məşvərət Şurasının Bakıda keçiriləcək 4-cü iclasının əhəmiyyəti qeyd edildi.
Femida.az
Oxunub: 542
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- İlham Əliyev Koreya Prezidentinin xüsusi nümayəndəsini qəbul edib
- Prezidentdən Elşən Zeynalovla bağlı sərəncam
- Ukrayna Prezident Ofisi "Amnesty International"ı sərt tənqid edib
- Prezident İlham Əliyev Azərbaycan və Litva arasında imzalanan sazişi təsdiqləyib
- Prezident İlham Əliyev özbəkistanlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib
- Prezident İlham Əliyev sərəncam imzaladı
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Şri-Lankada etirazçılar prezident iqamətgahını ələ keçirib