Bakı “Şanxay”ında söküntü söküntü sürətləndi - Sakinlərin canı dincəldi

Bakı “Şanxay”ında söküntü söküntü sürətləndi - Sakinlərin canı dincəldi


15:31     14 Fevral 2018 18_02_14_1518593562.jpg


Təhlükəli ərazidə yerləşən yüzlərlə evin taleyi qətiləşdi; sakinlər həm razıdır, həm də narazı; "Həmişə səksəkə içərisində idik ki, uşaqlar qapıdan çıxıb qatarın altında qalar...”

Uzun müddətdir söküləcəyi söylənilən Keşlə qəsəbəsindəki "Şanxay” adlanan ərazidə, nəhayət, söküntü işləri başlayıb. Öncə onu qeyd edək ki, "Şanxay”da yəni Nizami rayonu, Pəhləvan Fərzəliyev küçəsində 4 mindən çox sənədsiz ev var. Rəsmi məlumata görə, 800-dən çox tikili isə məhz təhlükəli ərazidə yerləşir.

Nazirlər Kabinetinin 22 yanvar, 2005-ci il qərarına görə, dəmir yolu mühafizə zolağında yerləşən tikililərlə dəmir yolu xətti arasında azı, 20 metr məsafə olmalıdır. "Şanxay”dakı evlərlə dəmir yolu relslərinin ara məsafəsi ən çoxu 3 metrdir. İlkin mərhələdə dəmir yolu xəttinin yaxınlığındakı evlərin köçürülməsi planlaşdırılıb.

Artıq bu evlərin bir hissəsi sökülüb. Digərlərinin isə qapıları nömrələnib, evlərin sahəsi ölçülüb, söküntü işlərinə hazırlıq gedir.

Hazırda söküntüsü gedən evlərdə qeydiyyat ötən ilin iyun ayında aparılıb. Söküntü işlərinə isə sakinlərin sözlərinə görə, 2 aya yaxındır başlanılıb. Müşahidə etdik ki, ərazidə sakinlərin səhhəti üçün təhlükə yaradan təkcə qatarlar deyil. Əksər evlərin altında qrunt suları yığılıb. Bundan əlavə, dəmir yolu xəttinə yaxın ərazidə yerləşən evlərin heç birinin sənədi olmayıb. Lakin buna baxmayaraq, söküntü aparılan zaman sakinlərə kompensasiya ödənilib. Belə ki, sakinlərə evlərinin sahəsinə uyğun olaraq müxtəlif məbləğ verilib. Hər kvadratmetr üçün isə standart olaraq 1000 manatın ödənilməsi nəzərdə tutulub./musavat

Açar sözlər: #Şanxay   #söküntü   #Bakı  

Oxunub: 988