" Əmin-amanlığa şükür etməliyik " - Şeyx


16:25     14 Fevral 2018 ALLAHSUKUR.jpg

"Bu gün Yaxın Şərqdə, ümumiyyətlə, ətrafımızda baş verən hadisələrə baxanda ölkəmizdəki əmin-amanlığa şükür etməliyik. Bu əmin-amanlığın sükanı arxasında prezident İlham Əliyev dayanıb".


Femida.az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə ölkədəki dini icmaların təmsilçiləri ilə keçirdiyi görüşdə bildirib. O qeyd edib ki, xalq bu məqamı diqqətdən qaçırmamalıdır:

"Ətrafda baş verən qanlı-qadalı hadisələrin içində Azırbaycandakı əmin-amanlığı qiymətləndirməliyik, İlham Əliyev cənablarının ətrafında sıx birləşməliyik. Bu əmin-amanlığı elə öz həyatımız, rifahımız naminə qiymətləndirib, qoruyub saxlamalıyıq".

Femida.az

Açar sözlər: #Şeyxülislam   #Dindar   #Hacı   #Allahşükür  

Oxunub: 497