Uçan taksi fəaliyyətə başlayır - Dünyada ilk

Uçan taksi fəaliyyətə başlayır - Dünyada ilk

12:28     14 Fevral 2018 2018/02/ucan-taksi_1518597131.jpg

Dubayda yaxınlarda uçan taksi fəaliyyət göstərməyə başlayacaq.


Femida.az-ın "TASS"a istinadən verdiyi məlumatına görə, iddialı layihə Dubayda keçirilən səmərəli dövlət idarəetmə və müasir texnologiyaların həyatın müxtəlif sahələrinə tətbiqi məsələlərinə həsr olunmuş 6-cı Ümumdünya Hökumət Sammitində (World Government Summit) təqdim edilib.

"Uçan taksi yüksək etibarlılıq və təhlükəsizlik standartlarına cavab verəcək. Taksi GPS-naviqator əsasında xüsusi marşrutların proqramlaşdırma sisteminin köməyi ilə avtopilot vasitəsi ilə idarə olunacaq. Taksinin hərəkətinə nəzarəti operator həyata keçirəcək", - layihəni təqdim edənlər bildirib.

Femida.az

Açar sözlər: #Taksi   #Dubay   #yenilik  

Oxunub: 531