Tanınmış idmançı yol qəzasında öldü


16:52     14 Fevral 2018 18_02_14_1518598372.jpg

Türkiyədə avtomobil qəzasında atıcılıq üzrə Türkiyənin milli idmançısı Rüveyda Gülər ilə yoldaşı həyatını itirib.

Isparta- Afyonkarahisar Avtomobil Yolu üzərində nəzarətdən çıxan avtomobilin dirəyə çırpılması nəticəsində meydana gələn yol qəzasında 2 nəfər ölüb.
Verilən məlumata görə, qəza gecə saat 03.30 sıralarında meydana gəlib.

İddiaya görə, 32 AR 294 nömrəli avtomobil, Ballada Qovşağında sürücünün nəzarətindən çıxaraq istiqamət lövhələrinin yerləşdiyi dirəyə dəyib.

Qəzada sürücü və yanında sərnişin kimi olan Rüveyda Gülər faciəvi şəkildə can verib.

Vəziyyətin xəbər verilməsi ilə hadisə yerinə 112 Təcili Xidmət, Polis və Jandarm dəstələri sövq edilib.

Femida.az

Açar sözlər: #Türkiyə   #idmançı   #ölüm  

Oxunub: 1039