Şəxsiyyət vəsiqəsinin verilməsinə görə dövlət rüsumu DƏYİŞİR
17:09 14 Fevral 2018
"Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilir.
Femida.az xəbər verir ki, qanuna dəyişiklik bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə olunub.
"Dövlət rüsumu haqqında" qanuna edilən dəyişikliyə əsasən, 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə rüsum 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə 4 manat, 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 20 manat, 1 iş günü verildikdə və ya dəyişdirildikdə 25 manat məbləğində müəyyən edilib.
Xatırladaq ki, mövcud qanuna əsasən, 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə rüsum 10 gün müddətində verildikdə 5 manat, 3 iş günü müddətində edildikdə 25 manat, 1 iş günü müddətində verildikdə isə 35 manat məbləğindədir.
Qeyd edək ki, qanun layihəsi 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə qanunun 14.3-cü maddəsində nəzərdə tutulan şəxslərdən( 15 yaşı tamam olmuş şəxslərdən) daha aşağı məbləğdə dövlət rüsumunun müəyyən olunması məqsədi ilə hazırlanıb.
Dəyişiklik qəbul edilərsə, qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək.
Femida.az
Oxunub: 4444
Oxşar xəbərlər
- Milli Məclis şəhidlər və ailələri ilə bağlı bu sənədi qəbul etdi
- Milli Məclis Ombudsmanın məruzəsini qəbul etdi
- Sabah Milli Məclisin iclası keçiriləcək
- Ombudsman Milli Məclisdə hesabat verəcək
- Milli Məclisin apreldə ilk iclasının gündəliyi - SİYAHI
- Milli Məclisin iclasları onlayn keçiriləcək
- Əmanətlərin tam sığortalanması müddətinin artırılması I oxunuşdan keçdi
- Hərbi vəziyyətin ləğvi müzakirəyə çıxarılır
- Milli Məclisin növbəti plenar iclasında bu məsələlər müzakirə olunacaq
- Büdcə layihəsi birinci oxunuşda qəbul edildi