Millimizin sabiq futbolçusu kriminal avtoritet çıxdı - FOTOLAR

13:23     14 Fevral 2018 18_02_14_1518600232.jpg

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Haqverdi Yusifovun bir müddət əvvəl şəxsi “facebook” hesabında “qanuni oğru” Nadir Səlifovla birgə çəkdirdiyi şəklini paylaşması maraqla qarşılanmışdı.

Femida.az
Yenicag.az-a istinadən xəbər verir ki, Haqverdinin “Lotu Quli” ilə şəkil çəkdirməsi heç də təsadüfi deyil. Onun özü də kriminal aləmin nümayəndəsi hesab olunur. “Lotu Quli”yə yaxınlığı ilə bilinən Yusifov “qanuni oğru”nun “bratva”sıdır. Haqverdi isə bu aləmdə “Malış Dnepr” ləqəbi ilə tanınır.

Görəsən, millimizin sabiq futbolçusu kriminal aləmə necə üzv olub? Əzəldən onda belə bir maraq var idimi? Bu suala aydınlıq gətirmək üçün həmin dönəm yığmada Haqverdi Yusifovun baş məşqçisi olmuş Adil Şükürovla əlaqə saxladıq. O, saytımıza açıqlamasında bunları dedi:

“O uşaq elə şeylərdən uzaq idi. Ola bilər ki, indi ətrafı dəyişib. Haqverdi əvvəllər “Neftçi” İSM-də olub, daha sonra “Bakı”ya keçmişdi. Sakit, kollektivə uyğunlaşan biri idi. Vurub-dağıtmağa meyilli olduğunu da görməmişəm. Danışdırsan danışardı, danışdırmayanda da dinməzdi”.





Femida.az

Açar sözlər: #milli   #futbolçu   #lotuquli   #avtoritet   #kriminal  

Oxunub: 461