Ermənilər ona 63 güllə vurmuşdu - Şəhid polisin həyat yolu (VİDEO)


17:47     14 Fevral 2018 2018/02/27337189_2071925733091264_8272888505413518118_n_1518600844.jpg

Dağlıq Qarabağ münaqişəsinin ilk qığılcımları görünməyə başlandığı illərdə əhalinin təhlükəsizlik məhsuliyyəti əlbətdə hüquq mühafizə orqanlarının üzərinə düşürdü. Yəni azərbaycanlı dinc sakinlərin ermənilər tərəfindən daşqalaq edilməsi, silahlı basqınlara məruz qalması hadisələrində bir başa polislər məhsuliyyət daşıyırdı. İnsanlarımızın həyatını xilas etmək kimi şərəfli yük,düşmüşdü azərbaycanlı poqon sahiblərinin üzərinə. Həmin dönəmlərdə xidmət edən xeyli sayda polis əməkdaşı var idi ki, öz canı bahasına dəfələrlə təhlükənin mərkəzinə atılaraq öz soydaşlarının həyatını xilas etmişdi. Hətta bu yolda canını qurban verən polis əməkdaşlarımız da olub.



Femida.az xəbər verir ki,belə qəhrəman Vətən oğullarından biri də, Əli İmran oğlu Vəliyevdir. O Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsi başlayan zaman Xocalı rayon polis şöbəsində Yol Patrol Xidmətində İnspektor vəzifəsini icra edib. 1962-ci ildə Ağdam rayonunda doğulan şəhidimiz münaqişə zamanı Dağlıq Qarabağda erməni vandallarının azərbaycanlılara qarşı törətmək isdədiyi bir çox qətliamın qarşısını alıb.



Qəhrəman Vətən oğlu sonuncu dəfə Şuşadan Ağdama gedən fəhlə avtobusuna olunan erməni hücumun qarşısın alıb. Daha sonra bu hücum planını tərtib edən erməniləri müəyyən edərək xidmət vaxtından sonra tək başına həmin şəxslərin üstünə gedib. Əlbəyaxa qaldığı “yüksək rütbəli” erməniləri bütün ictimaiyyət içində necə deyərlər sındırır. Lakin qəhrəmanımızın bu jesti bəzi dairələri narahat etməyə başlayır. O xeyli hədə-qorxulara məruz qalsa da bu şərəfli yoldan çəkinmir. Nəhayət 1991-ci 26 sentyabr tarixində, Əsgəran istiqamətində o öz xidmətçi yoldaşı ilə birgə ermənilərin hazırladığı pusquya düşür. Amansız düşmən yuxarının tapşırdığı hədəfə - yəni Vəliyev Əliyə və yoldaşına 69 güllə vurur. Onun 68-i Əli Vəliyevin vucuduna tuş gəlir.(Məqsəd bəllidir ki, düşmənin niyyəti onu qətlə yetirmək olub)

Hadisənin o vaxtkı şahidlərindən biri olan jurnalist , Allahverdi Əsədov həmin günü belə xatırlayır:






“Xəbər verildi ki, ermənilər Əsgəran yolunda iki polsimizi şəhid edib. Çəkiliş qrupu ilə hadisə yerinə getdim. Çatanda baxdım ki, şəhid olanlardan biri Əli Vəliyevdir. Əliyə 68 güllə vurmuşdular. Onun cansız bədənində tam 68 yara var idi. Bu qətl ermənilər tərəfindən planlaşdırılmış qətl idi. Çünki rəhmətlik Qarabağda şəxsi qəhrəmanlığı sayəsində xeyli basqının qarşısını alaraq yüzlərlə insanın həyatını xilas etmişdi. Əlini uşaqlıq illərindən tanıyırdım. O Ağdamın Xındırstan kənd orta məktəbində mənim şagirdim olmuşdu. O hələ uşaqlıq illərindən öz Vətənpərvərliyi ilə yoldaşlarından seçilirdi…”, - deyir Allahverdi Əsədov.

Xatırladaq ki, qəhrəman polis Əli Vəliyev şəhid olarkən onun biri qız, biri oğlan olmaqla iki azyaşlı övladı olub. Hazırda şəhidin yeganə oğul övladı da polisdir. Atasının şərəfli yolunu davam etdirir.











Mircəlal Məcidli
Femida.az


Açar sözlər: #Şəhid   #Əli   Vəliyev   #Qarabağ  

Oxunub: 14858