Polis maşın oğrularını tutdu
18:14 14 Fevral 2018
Lənkəran rayonunda avtomobil qaçırmış şəxs tutulub.
Femida.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 6-na keçən gecə Lənkəran rayonunun Nərimanabad-1 qəsəbəsində rayon sakini Bəhlul Cəfərovun yaşadığı evin həyətindən “VAZ-2106” markalı avtomobil qaçırılıb. Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Liman şəhərinin ərazisində tapılıb, hadisəni törətməkdə şübhəli bilinən Yuxarı Nüvədi kənd sakini Səfər Əkbərov saxlanılıb.
Bundan başqa nəqliyyat vasitəsi qaçırdıqlarına görə tutulmuş Nikolay Stepanovun və Telman Cəfərovun ətrafında Xətai RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların ötən il dekabrın 27-də daha bir “VAZ-2106” markalı avtomobili qaçırmaları da müəyyən edilib.
Femida.az
Oxunub: 700
Oxşar xəbərlər
- Polisin sinəsinə yerlədirilmiş kameraya düşən əməliyyatın ŞOK GÖRÜNTÜLƏRİ - VİDEO
- Bakıda polisin oteldə tutduğu qadın görün kimdir - DETALLAR
- Polis ”Kubinka”da əməliyyat keçirib, 8 saxlanılıb
- Yol polisi sürücülərə çağırış edib
- DİN: "Şabrandakı yanğında polis və mülki əhali arasında xəsarət alan olmayıb"
- DYP: "Bayram günləri polis gücləndirilmiş iş rejimində xidmət aparır"
- DİN-də polis mayoruna yüksək vəzifə verilib
- DİN Ağsu sakininin polis zorakılığına məruz qalması barədə iddialara münasibət bildirib
- Sumqayıtda sabiq polis əməkdaşı intihar edib
- Bakıda polis əməliyyat keçirib, 1 kq-dan çox heroin aşkar edilib