ŞOK:Biologiya müəlliminin çantasından suitibaşı çıxdı - Cadu edəcəkmiş


18:26     14 Fevral 2018 18_02_14_1518604307.jpg

Hər bir ölkənin ərazisinə gətirilməsinə qadağa qoyduğu məhsullar var. Ancaq, bəzən insanlar qadağan olunmuş məhsulları ölkəyə ya qaçaq, ya da müxtəlif yollarla keçirməyə cəhd edirlər. Əksər hallarda da isə yaxalanırlar. Bu videoda müxtəlif yollarla gömrükdən qadağan olunmuş məhsullar keçirməyə çalışan insanlardan danışacağıq.



Kanalımıza buradan abunə olmaqla maraqlı videoları izləyə bilərsiniz.







21 mart 2004-cü il

Denverdən Bostona səfər edən biologiya müəlliminin çantasından suiti başı tapılır. Müəllim gömrükçülərə suitini sahildən, qumsallıqdan tapdığını və başını dərs keçmək üçün qopartdığını desə də, suiti başı gömrükçülər tərəfindən müsadirə olunur.

7 iyun 2005-ci il

Melbrun hava limanında bir qadın bədənindən qəribə səslər gəldiyi üçün saxlanılır. Məlum olur ki, qadın xüsusi hazırlanmış kostyumda 51 ədəd canlı tropik balıq aparır.

11 fevral 2006-cı il

Haitidən Mayamiyə gedən bir qadın özü ilə bərabər saçları, dişləri və dərisi üzərində olan insan kəlləsi aparmağa cəhd edir. Ölüm şəhadətnaməsi və tədris üçün aparıldığına təsdiq edən sənəd olmadığından qadına kəllə sümüyünü aparmağa icazə verilmir. Araşdırmadan sonra müəyyən edilir ki, kəllə sümüyü həmin il ölmüş Afroamerikan bir şəxsə məxsusdur. Sonradan isə 30 yaşlı qadın etiraf edir ki, insan kəlləsini Haitidən pulla alıb və onu cadu etmək üçün istifadə edəcəkmiş.

3 fevral 2009-cu il

Dubaydan Melbruna gedən bir gənc ölkəsinə ayağında gizlətdiyi iki göyərçin aparmaq istəyir. Bundan başqa quş yumurtası, göyərti və badımcan da aparmağa çalışan gənc Avstraliya qanunlarına əsasən həbs olunur.

27 avqust 2010-cu il

Taylandlı bir qadın İrana aslan balası aparmağa cəhd edir. Ancaq gömrükçülər qadının çantasından hərəkətsiz vəziyyətə gətirilmiş 2 aylıq aslan balası aşkar edir. Qadın gömrükçüləri aldatmaq üçün aslan balasının yanına oxşarı olan oyuncaq yerləşdirir. Bankok hava limanında quraşdırlan qurğu isə bala aslanın ürək döyüntülərini aşkar edir. Qadın isə aslan balasının çantasında necə peyda olduğundan xəbərsiz olduğunu deyir.

20 iyul 2010-cu il

Mexiko siti hava limanında bir nəfər şortundakı qabarıqlıq səbəbindən saxlanılır. Bəlli olur ki, onun şortunun altında boyu 15 santimetr olan 18 ədəd titi meymunu var.

13 yanvar 2012-ci il

Qahirə hava limanında gömrükçülər üç sudanlını saxlayır. Onların özləri ilə apardıqları böyük donduruculardan isə 190 kilo inək beyni aşkar edilir. Qeyd edək ki, misirlilər inək beyni yeməyi çox sevir. Bu isə Sudanda çox ucuzdur.

12 dekabr 2012-ci il

Kolumbiyadan İspaniyaya səfər edən bir qadın Barselona hava limanına enir. Özünü şübhəli aparsığından daha ciddi yoxlamaya cəlb olunur. Bu zaman qadının sinəsində qan ləkələri aşkarlanır. Axtarışların sonunda qadının məmələrində slikonlar əvəzəinə 1 kilo 500 qrama yaxın narkotik maddə, kokain tapılır.

/strong>4 oktyabr 2012-ci il

Amsterdamın Sxipol hava limanında şübhəli cütlük saxlanılır. Baxış zamanı üzərlərindən gizlətdikləri çəyirtkələr, böcəklər, o cümlədən 200 canlı tarantul aşkar edilir. Cütlüyün söylədiyinə görə, onlar böcəkləri Peruya səyahətləri zamanı toplayıblar. Bir çox ölkədə olduğu kimi Hollandiyada da başqa bir ölkədən heyvan və ya bitki gətirilməsinə qarşı sərt qanunlar var.

7 aprel 2014-cü il

Ən qəribə hadisələrdən biri Nyu York hava limanında baş verib. Trinidaddan NyuYorka səfər edən bir kişi 3 kilodan artıq kokaini 3 böyük keçi əti şaqqasına hopduraraq onu birləşmiş ştatlara gətirməyə cəhd edir. Ancaq arzusu ürəyində qalır və gömrükçülərin sayıqlığı nəticəsində bu cəhdinin qarşısı alınır.

Hazırladı: Elvin Elçin
Femida.az


Açar sözlər: #Maraqlı   #Video   #DayTube   #Femida  

Oxunub: 1844