Azərbaycandan Həccə gedənlər peyvənd olunacaq


19:12     14 Fevral 2018 18_02_14_1518606732.jpg

Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlar peyvənd olunacaq.


Femida.az -ın məlumatına görə, bu barədə zəvvarlara təqdim olunan Həcc ziyarəti müqaviləsindəki şərtlərdə qeyd olunub.

Bildirilir ki, Səudiyyə Ərəbistanında yayıla biləcəyi ehtimal olunan qrip epidemiyasına görə zəvvarların peyvənd olunması lazımdır.

Qeyd edək ki, Azərbaycanda bu il Həcc ziyarətinə sənədlərin qəbulu başlayıb, ziyarətin qiyməti 4150 ABŞ dollarıdır. Azərbaycandan Həcc ziyarətini Qafqaz Müsəlmanları İdarəsi təşkil edir.

Femida.az


Açar sözlər: #Zəvvar   #Peyvənd   #İraq   #İran   #Azərbaycan   #Həcc   #ziyarəti  

Oxunub: 1004