Türk ordusu dayanmır: Məhv edilən terrorçuların sayı 1500-ə yaxınlaşdı


20:17     14 Fevral 2018 18_02_14_1518610674.jpg

Türkiyə Silahlı Qüvvələri (TSQ/TSK) və Azad Suriya Ordusunun (ASO) Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" əməliyyatı zamanı məhv edilən terrorçuların son sayı açıqlanıb.

Femida.az "Sputnik Türkiyə"yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından məlumat yayılıb.

Məlumata görə, əməliyyatın başladığı tarixdən indiyədək 1485 PYD-li terrorçu zərərsizləşdirilib. Hərbi əməliyyatın 26-cı günündə PYD/YPG-nin 46 terrorçusu məhv edilib.

Xatırladaq ki, "Zeytun budağı" əməliyyatı bu il yanvarın 20-də başlayıb.

Femida.az

Açar sözlər: #türk   #ordu   #Afrin   #Türkiyə   #Suriya   #Zeytunbudağı  

Oxunub: 1894