MSK sədri vəzifəli şəxslərə xəbərdarlıq edib


20:50     14 Fevral 2018 mezahir39.jpg

"Hansısa partiya, icra strukturunun nümayəndəsi, hər hansı vəzifəli şəxs seçki prosesində Seçki Məcəlləsinə və qanunvericiliyə zidd hallara yol verməməlidir. MSK bu kimi hallara qarşı sərt tədbirlər görəcək".


Femida.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov deyib.

M. Pənahov onu da bildirib ki, MSK beynəlxalq qurumlarla qarşılıqlı əməkdaşlığa önəm verir, MSK-nın iclasları bu qurumların nümayəndələri üçün açıqdır: "Biz MSK-nın iclaslarında beynəlxalq qurumların nümayəndələrinə fikirlərini ifadə etməyə də şərait yarada bilərik".

Femida.az

Açar sözlər: #Seçki   #MSK   #Xəbərdarlıq  

Oxunub: 544