Paytaxtın bu hissəsində su kəsiləcək


21:43     14 Fevral 2018 Azersu18.jpg

Sabah Bakının Nərimanov rayonunun bir hissəsində su məhdudiyyətlə veriləcək.



"Azərsu" ASC-dən Femida.az -a verilən məlumata görə, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən magistral su xəttinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar sabah gün ərzində Təbriz küçəsi boyu ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Femida.az

Açar sözlər: #Su   #Azərsu  

Oxunub: 652