Sevgililər günündə şəhid sevgilisinin məzarı üstündə - Ürəkdağlayan FOTO


22:05     14 Fevral 2018 18_02_14_1518617034.jpg

Şəhid Mahir Quliyevin məzarı önündə çəkilən foto yayılıb.


Femida.az xəbər verir ki, 2016-cı ilin Aprel döyüşlərində şəhid olan Mahir Quliyevin sevgilisi "Sevgililər günü”ndə məzarını ziyarət edib.

Yayılan foto hər kəsi kövrəldib.

Qeyd edək ki, Quliyev Mahir Qədir oğlu 1993-cü ilin dekabrında dünyaya gəlib. Əsgər Mahir Quliyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.

Mahir Quliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.



Femida.az

Açar sözlər: #şəhid   #aprel   #məzar   #sevgili  

Oxunub: 4709