İlham Əliyev serbiyalı həmkarına məktub göndərib


22:18     14 Fevral 2018 ilham-eliyev-3.jpg

Azərbaycan prezidenti İlham Əliyev serbiyalı həmkarı Aleksandr Vuçiçə məktub göndərib.



Femida.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident, ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Əminəm ki, Azərbaycan-Serbiya münasibətlərinin inkişafı, ölkələrimiz arasındakı dostluq və əməkdaşlığın genişlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Serbiya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.

Femida.az

Açar sözlər: #tİlhamƏliyev   #tMəktub   #tSerbiya  

Oxunub: 513


Oxşar xəbərlər