AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

18:28     14 Fevral 2018 2018/01/amea-reyaset-heyyeti_1516024749.jpg

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.


Femida.az-ın xəbərinə görə, iclasda akademiyanın İctimai Elmlər Bölməsinin akademik-katibi Nərgiz Axundova bölmənin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqda məruzə ilə çıxış edib. O bildirib ki, 2017-ci ildə bölmənin elmi müəssisələri tərəfindən 3-ü xaricdə olmaqla, 67 kitab, 6-sı xaricdə olmaqla, 100 monoqrafiya nəşr olunub. Akademik qeyd edib ki, hesabat ilində fəlsəfə doktorluğu üzrə 22, elmlər doktorluğu üzrə 1 dissertasiya işi müdafiə edilib: "Hazırda bölmədə 32 əyani, 38 qiyabi doktorant və 174 dissertant təhsil alır. Magistratura üzrə isə 2 nəfər təhsilini davam etdirir".

Məruzə dinlənildikdən sonra Rəyasət Heyəti hesabatın təsdiqi və AMEA-nın illik hesabatına salınmasına dair qərar qəbul edib.

İclasda Arxeologiya və Etnoqrafiya İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi barədə qərar verilib. Daha sonra AMEA-nın Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev bölmənin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatla çıxış edib. O deyib ki, Naxçıvanda 27 faydalı bitki qrupu müəyyən edilib: "Dərman bitkilərindən xüsusi seçilmiş reseptlərə əsasən qarışıqlar hazırlanaraq qablaşdırılıb və bölmənin "Yaşıl aptek"inə, habelə muxtar respublikada fəaliyyət göstərən bəzi apteklərə verilib".

Rəyasət Heyəti hesabatın təsdiqi və AMEA-nın illik hesabatına salınmasına dair qəbul edib.

Femida.az

Açar sözlər: #AMEA   #İclas  

Oxunub: 322