AMEA-nın ümumi yığıncağının vaxtı dəyişib - SƏBƏB
22:34 14 Fevral 2018

Prezident seçkiləri ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağının vaxtı dəyişib.
Femida.az-ın məlumatına görə, Akademiyanın Rəyasət Heyətinin bu gün keçirilən iclasında AMEA prezidenti, akademik Akif Əlizadə bildirib ki, əvvəlcədən ümumi yığıncağın aprelin 11-də keçirilməsi planlaşdırılmışdı:
"Lakin bildiyiniz kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncamla aprelin 11-də ölkədə prezident seçkiləri baş tutacaq. Buna görə də biz Akademiyanın ümumi yığıncağını iyun ayında keçirəcəyik".
Femida.az
Oxunub: 359