“BakuBus”da qız üstündə dava - Orta yaşlı kişi döyüldü


22:50     14 Fevral 2018 2018/02/852992_0_1518620654.jpg

Bakıda iki sərnişin arasında dava düşüb.


Femida.az xəbər verir ki, hadisə 20 nömrəli məktəb-lisey yaxınlığındakı dayanacaqda baş verib.

“BakuBus” MMC-nin 6 nömrəli marşrut avtobusu dayanarkən sərnişinlər bir-birinə hücum edib və hər ikisi avtobusun pilləkənindən yerə yıxılıb. Gəncin yumruq zərbəsindən kişi yolun kənarına yıxılıb. Dava edənlərdən biri gənc, digəri isə orta yaşlı kişi olub.

Davaya səbəb gəncin orta yaşlı kişinin yanındakı qıza sataşması olub.

Mircəlal Məcidli
Femida.az

Açar sözlər: #BakuBus   #Avtobus   #Sərnişin  

Oxunub: 2775