Nazirin görüş vaxtı dəyişdirildi
01:24 15 Fevral 2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Saatlıda vətəndaşlarla fevralın 23-də görüşəcək.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, R.Quluzadənin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq fevralın 16-da Saatlı şəhərində vətəndaşlarla keçirilməsi nəzərdə tutulan görüşünün vaxtı dəyişdirilib.
Nazir fevralın 23-də saat 12:30-da Saatlı şəhərində Saatlı, Hacıqabul, Sabirabad rayonlarının və Şirvan şəhərinin sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Vətəndaşlardan "[email protected]" elektron poçt ünvanı, 1655 "Çağrı Mərkəzi", 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:
Saatlı rayonunda 0212852123
Şirvan şəhərində 021 2151515
Hacıqabul rayonunda 021 2043101
Sabirabad rayonunda 0212355155
nömrəli telefonlara zəng etmələri xahiş olunur.
Femida.az
Oxunub: 674
Oxşar xəbərlər
- Prezident İlham Əliyev İsrailin sabiq Baş nazirini qəbul edib
- Fərid Əhmədov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunub
- Samir Məmmədov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib
- Rusiya Yaponiya Baş nazirinə sanksiya tətbiq edib
- Ukrayna müdafiə nazirinin müavini: “Xarkovda durum ağırdır"
- Prezident İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirini qəbul edib
- Ukrayna Baş nazirinin müavini əhalini işğaldan azad edilən ərazilərə getməməyə çağırıb
- Pakistanın Baş naziri Azərbaycanın müdafiə nazirini qəbul edib
- İlham Əliyev Britaniyanın Baş nazirinə məktub göndərib
- Prezident İlham Əliyev Moldovanın Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya nazirini qəbul edib