Türkiyədə “balıq robotu” yaradıldı – VİDEO


23:52     14 Fevral 2018 2018/02/2_1518623613.jpg

Türkiyəli alimlər “balıq robotu” yaradıb.


Femida.az bu barədə Türkiyənin Elmi və Texnoloji Tədqiqatlar Təşkilatına (TUBİTAK) istinadən xəbər verir.

Robot TUBİTAK-ın dəstəyi ilə Fırat Texnologiya Universitetində işıq üzü görüb. Balıq robotunun hazırlanmasına 360 min lirə sərf olunub.

Həqiqi balığa bənzəyən bu robot suyun altında müşahidə aparmağa imkan verir.

Perspektivdə yeni növ robotların hazırlanması ilə bağlı planlar var.



Femida.az

Açar sözlər: #Balıq   #Robort  

Oxunub: 872