Saakaşviliyə Niderlandda şəxsiyyət vəsiqəsi verildi


00:21     15 Fevral 2018 saakasvili.jpg

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşviliyə Niderlandda şəxsiyyət vəsiqəsi verilib.


Femida.az-ın xəbərinə görə, bu barədə M.Saakaşvili özünün “Facebook” səhifəsində yazıb.

"Bu gün Amsterdamda son müddət ərzində ilk dəfə kimliyimi təsdiq edən sənəd əldə etdim. Niderlanda gəldikdən dərhal sonra mənə Avropa İttifaqında yaşamaq və işləmək hüququ verən şəxsiyyət vəsiqəsi verildi. Bütün prosedur bir neçə dəqiqə çəkdi”, M.Saakaşvili yazıb.

Eyni zamanda, o Ukrayna vətəndaşlığını bərpa etməyə israrlı olduğunu vurğulayıb.

Qeyd edək ki, fevralın 12-də M.Saakaşvili Kiyevdə saxlanılaraq Polşaya readmissiya olunub.

Femida.az

Açar sözlər: #Saakaşvil   #Niderland  

Oxunub: 626