Bakıda 42 yaşlı qadın zorlandı
00:25 15 Fevral 2018
Xəzər rayonunda zorlama hadisəsi baş verib.
Bu, fevral ayında Bakı ərazisində qeydə alınmış sayca dördüncü zorlama faktıdır.
Femida.az oxu.az-a istinadən xəbər verir ki, Xəzər rayon hüquq-mühafizə orqanlarının məlumatına görə, 42 yaşlı Buzovna qəsəbə sakini İ.Z. bu barədə polis bölməsinə şikayət edib. Qadın ərizədə göstərib ki, fevralın 11-də, saat 11:30 radələrində öz fərdi evində cinayət qurbanı olub.
Cinayətin 1969-cu il təvəllüdlü qohumu Z.Z. tərəfindən törədildiyi bildirilir. Zərərçəkənin sözlərinə görə, həmin şəxs onunla eyni ünvanda yaşayıb. Şübhəli şəxs hələlik saxlanılmayıb, materiallar araşdırılması üçün rayon prokurorluğuna göndərilib.
Qeyd edək ki, bundan əvvəl, fevralın 8-də Biləcəri qəsəbəsində 1998-ci il təvəllüdlü V.F. ögey atası tərəfindən zorlanmışdı. Həmin cinayət də birgəyaşayış ünvanında törədilmişdi. Zərərçəkənin atalığının əvvəllər AR Cinayət Məcəlləsinin 242-ci maddəsi (pornoqrafik materiallar və əşyaları qanunsuz yayma) ilə mühakimə olunduğu bildirilir. Binəqədi rayon Polis İdarəsinin məlumatına görə, ögey qızını zorlayan şəxs artıq saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Femida.az
Oxunub: 2091
Oxşar xəbərlər
- Kapitan gəmidə qadını zorlamaq istədi
- İmişlidə 11 yaşlı qızı zorlamaqda şübhəli bilinən şəxs saxlanılıb
- Ermənistan müxalifətinin lideri zorlamaya görə məhkum olunub
- Qatil əsgər: “Məni zorlamaq istəyirdilər” – Kadırov təcili vəkil göndərdi
- Sevgilisi tərəfindən zorlandığını iddia edən qız efirə çıxdı (VİDEO)
- Bakıda gəlinini baltalayan qayınata haqda ŞOK DETAL- Zorlamaya görə məhkum olunub
- "12 yaşımda sinif yoldaşım məni tualetdə zorladı" - Bakıda dəhşətli hadisə
- Ağaclıq ərazidə qrup şəklində zorlama iddiası - Qadın polisə şikayət etdi
- Bakıda 16 yaşlı qız zorlanıb
- 12 yaşlı uşağı zorlayan Əmrahı bu hala saldılar- VİDEO