Biləsuvarda iki çoban arasında dava - QAN TÖKÜLDÜ (VİDEO)


00:50     15 Fevral 2018 2018/02/bicaq_yeni_1518627155.jpg

Biləsuvar rayonunda çobanın bıçaqlanması ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb.


30 yaşlı Davud Bayramovu onun həmkəndlisi, 17 yaşlı Yardımlı rayon Alar kənd sakini Murad Şahverənov bıçaqlayıb.

Məlumata görə, M.Şahverənovun mal-qarası D.Bayramova məxsus fermanın ərazisinə girib. Buna görə də D.Bayramov M.Şahverənovu döyüb. Nəticədə də M.Şahverənov D.Bayramovu kürək nahiyəsindən bıçaqlayıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub.

Yardımlı rayonunun Alar kəndindən olan hər iki çoban Biləsuvarın Səmədabad kəndində yerləşən fermada çobanlıq edirlər.

Faktla bağlı araşdırma aparılır.



Femida.az

Açar sözlər: #Bıçaqlama   #Biləsuvar  

Oxunub: 1068