Azərbaycanda dini kurslar açılacaq


02:52     15 Fevral 2018 2018/02/Снимок_1518634695.jpg

" Təcrübə göstərir ki, bəzən dini radikal təsirlərə məruz qalan şəxslər dini bilgilərin az olmasından irəli gələrək bu yola gedirlər "

Bunu Femida.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

Komitə rəsmisinin sözlərinə görə, İlahiyyat İnstitutunun yaradılması çox məsələlərə aydınlıq gətirəcək.

"Orta məktəblərdə tədris olunan" Həyat bilgisi" fənində din, dinlərin tarixi barədə müəyyən məlumat verilir. Çalışırıq ki, məlumatları artıraq. İlahiyyat İnstitutunun nəzdində müəyyən kurslar, dərnəklər nəzərdə tutulur ki, kimsə bilgi almaq istəyərsə, orada iştirak edə bilsin".

S.Heydərov bildirib ki, qanunsuz dini kitabların yayılmasının qarşısının alınması prioritet məsələdir. Onun sözlərinə görə, ölkəyə ixrac olunan və idxal olunan bütün dini vəsaitlər ekspertizadan keçir.

"Ümumilikdə 2017-ci il ərzində “Dini etiqad azadlığı haqqında” qanunun tələblərini pozaraq qeyri-qanuni təbliğat apardıqlarına görə 142 nəfər inzibati məsuliyyətə cəlb olunub. Həmin şəxslərdən 5185 ədəd dini ədəbiyyat, 145 ədəd CD və DVD audio-video kaset, 356 broşura, jurnal, buklet və 188 ədəd digər dini əşyalar aşkar edilərək götürülüb. Fiziki və hüquqi şəxslərə tətbiq edilən cərimələrin məbləği 86.000 manat təşkil edib".

Femida.az

Açar sözlər:

Oxunub: 645