Məhkuma telefon aparan göyərçinlər - FOTO


03:02     15 Fevral 2018 2018/02/625423_02_3037270042.jpg

Braziliya türməsinin gözətçiləri məhkumlardan birinə mobil telefon aparan göyərçini yaxalayıblar. Bu barədə UPI agentliyi məlumat yayıb.


Braziliyanın ədliyyə qurumlarından verilən məlumata görə, insident Nilton Silva türməsində, 10 fevralda baş verib. Franku-da-Roşa şəhərində yerləşən həbsxanada bu kimi hallar normaya çevrilib. Nəzarətçilər görüblər ki, məhkumlar göyərçin tutublar və həmin göyərçinə nəsə geyindirilib. Onlar dərhal quşu tutub, ona jilet geyindirildiyini, jiletin cibində isə mobil telefon və batareya olduğunu görüblər. Oktyabr ayında isə hind hərbçiləri Pakistandan təhdid xarakterli məktub daşıyan poçt göyərçini yaxalayıblar. Fevral ayında göyərçin qaçmağa cəhd etsə də, onu yaxalayaraq, yenidən qəfəsə salıblar.



Femida.az

Açar sözlər: #poçt   #göyərçin   #məktub  

Oxunub: 1120