Ermənistanda kasıbların sayı sürətlə artır - Makaryandan etiraf


03:10     15 Fevral 2018 2018/02/5151475_1518634303_1518635285.jpg

"Ermənistanda yoxsulluq səviyyəsi 29,4 faizdir. Dövlət bu göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilməyəcək”

Femida.az xəbər verir ki, bunu Ermənistan İşəgötürənlər İttifaqının sədri Qaqik Makaryan deyib.

O, bildirib ki, Ermənistan əhalinin yoxsulluq faizinə görə, regionda ən yüksək göstəriciyə malikdir.

Makaryanın sözlərinə görə, Ermənistanda kasıblıq səviyyəsi faktik olaraq dəyişmir, əhalinin 1,9 faizi isə yoxsulluq həddindən aşağı səviyyədə yaşayır.

Femida.az

Açar sözlər: #Ermənistan   #Yoxsulluq   #Makaryan  

Oxunub: 486