Pensiyalar bu gündən veriləcək - 5,7 faiz artımla
13:38 15 Fevral 2018
Bu gündən başlayaraq pensiyalar artımla birgə ödəniləcək.
Femida.az xəbər verir ki, əmək pensiyalarının indeksləşdirilərək artırılması barədə sərəncam pensiyaçıların 1 milyon 236 min nəfərinə və ya 94 faizinə şamil olunur.
Sərəncamla əmək pensiyalarının ümumi məbləği 2017-ci ilin orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq, 2018-ci il yanvarın 1-dən 5,7 faiz artırılıb.
Pensiyaçılar fevral ayının pensiyalarını yanvar və fevral aylarındakı artımlarla birgə alacaqlar.
Qeyd edək ki, Prezident İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2017-ci il üzrə orta aylıq nominal əməkhaqqının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2018-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etmək, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb.
Femida.az
Oxunub: 1355
Oxşar xəbərlər
- Artıq ödənilmiş əmək pensiyasının pensiyaçıdan tutulacağı hallar müəyyənləşir
- Pensiyalar ödənilir
- İyul ayının pensiyaları tam ödənilib
- Pensiyalar iyulun 15-də tam ödəniləcək
- Bu şəxslər pensiyaya 5 il tez çıxacaq – Prezident Qanunu təsdiqlədi
- Azərbaycanda onkoloji və skleroz xəstələri pensiya ala biləcək - QANUN
- Pensiyası az olan şəxslərə müavinət təyin olunması barədə qanun imzalanıb
- Pensiyalar sabah tam ödəniləcək
- Pensiya və təqaüd alanlara sevindirici xəbər - Bu qədər arta bilər - VİDEO
- Bakı, Sumqayıt və Abşeron üzrə iyun ayının pensiyaları ödənilib