Ağdaş sakini özünü güllələdi - İntihar, yoxsa...


14:24     15 Fevral 2018 zerdabda%20dindar%20özunu%20gulleleyib.jpg

Ağdaş rayon sakini özünü güllələyib.


Rayonun Binələr kənd sakini, 1976-cı il təvəllüdlü Şahmuradov Sadiq Zeynal oğlu yaşadığı evin həyətində ov tüfəngi ilə özünə atəş açıb.

O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Ağdaş   #Güllələmə    

Oxunub: 601