Seçkilər günü məhkumlar necə səs verəcək?


16:37     15 Fevral 2018 2018/02/hebsxana-secki_1518684310.jpg

“Konstitutiyamıza edilən son dəyişikliyə görə, prezidentliyə yaş məhdudiyyəti yoxdur. Yeni seçilən prezident 7 illik səlahiyyət müddətinə sahib olacaq. Prezidentin parlamenti buraxmaq səlahiyyəti var”.


Femida.az xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Azər Cəfərov Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.

Nazir müavini bildirib ki, vətəndaşların aktiv seçki hüququnun təmin edilməsində Ədliyyə Nazirliyinin üzərinə çox böyük məsuliyyət düşür:

“Ədliyyə orqanlarının seçkilərin keçirilməsi və təşkilində vəzifəsi məlumdur. Bura normativ sənədlərin təsdiq edilməsi, penitensiar müəssisələrdə, yəni istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində seçkilərin təşkil edilməsi daxildir. Artıq 22 ildir ki, Azərbaycandakı seçkilərdə məhkum olunmuş şəxslərin seçkidə iştirakının təmin edilməsində MSK ilə Ədliyyə Nazirliyi çox sıx əməkdaşlıq edir. Böyük Britaniya, Almaniya, Macarıstan, Bolqarıstanda məhkum olunmuş şəxslərin səsvermə hüququ yoxdur, Türkiyə, İsveçrə və Qazaxıstanda məhkumlar müəyyən məhdudiyyətlərlə seçkilərdə iştirak edirlər. Penitensiar müsəssisələrdə seçkilər MSK-nın təlimatlarına uyğun olaraq keçirilir. Penitensiar müəssisələrin böyük əksəriyyətində seçki komissiyaları yaradılıb. Səsverənlərin sayından asılı olaraq elə müsəssisələr var ki, onlarda iki seçki məntəqəsi yaradılıb. 2013-cü ildə keçirilən prezident seçkilərində məhbusların 99 faizi seçkilərdə iştirak edərək, səsvermə hüququndan istifadə edib”.

Femida.az

Açar sözlər: #Həbsxana#səsvermə  

Oxunub: 1187


Oxşar xəbərlər