"Lotu Quli"nin adamı saxlanıldı - Moskvada


16:48     15 Fevral 2018 2018/02/d7e20e0c024398c_1518684578.jpg

Moskvada mütəşəkkil cinayətkar dəstənin başçısı, azərbaycanlı Fuad Rzayev saxlanılıb.


Femida.az-ın “ura.ru” saytına istinadən verdiyi məlumata görə, F. Rzayevlə yanaşı, dəstənin daha 10 üzvü yaxalanıb. Əməliyyat Federal Təhlükəsizlik Bürosunun paytaxt idarəsi və Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilib.

Fuad Rzayevin xaricdə yaşayan, “Lotu Quli” ləqəbi ilə tanınan kriminal avtoritet Nadir Səlifovun nümayəndəsi olduğu bildirilir. İlkin məlumata əsasən F. Rzayev meyvə-tərəvəz və göyərti satışı ilə məşğul olan ticarətçilərdən aylıq "haqq" yığırmış.

Femida.az

Açar sözlər: #Moskva   #Azərbaycan  

Oxunub: 1145