Bakıda qaçırılan maşın Şirvanda tapıldı


20:23     15 Fevral 2018 polis%20masini5.jpg

Bakı sakini Şirvanda oğurlanmış avtomobillə yaxalanıb.


DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Femida.az-a verilən məlumata görə, bu gün səhər şəhər sakini Elməddin Ağalarov Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə zəng edərək “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib.

Müraciət Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə göndərilib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobilin Şirvan şəhəri ərazisində olduğu müəyyən edilib. Şirvan ŞPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində həmin avtomobil saat 08:56 radələrində-vətəndaşın müraciətindən cəmi 14 dəqiqə sonra şəhərin H. Əliyev prospektində sürücü ilə birlikdə saxlanılaraq şöbəyə gətirilib.

Ətrafında aparılan araşdırmalar nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən şəxsin Bakı şəhəri sakini 31 yaşlı Samir Məhərrəmov olduğu müəyyən edilib. Faktla bağlı Şirvan ŞPŞ-də ilkin araşdırma aparılır.

Femida.az

Açar sözlər: #DİN   #Şirvan   #Polis  

Oxunub: 1136