Obama Putinə yalnız bir şərtlə zəng edəcək


14:13     16 Sentyabr 2015 obama_call_putin.jpg

ABŞ prezidenti Barak Obama yalnız ölkəsinin maraqlarına uyğun olacağı təqdirdə Rusiya prezidenti Vladimir Putinə zəng edəcək.


APA-nın verdiyi xəbərə görə, bu barədə “Reuters” Ağ Evin rəsmi nümayəndəsi Coş Ernestə istinadən məlumat yayıb.

“Komandamız, əsasən də, prezidentimiz qərar versələr ki, prezident Putinə telefon zəngi ölkənin maraqlarına cavab verir, yalnız onda o dəstəyi qaldırıb təmas quracaq”, deyə Ernest bildirib.

Qeyd edək ki, bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin amerikalı həmkarı Barak Obama ilə görüşməyə hazır olduğunu, lakin bununla bağlı hələlik heç bir razılaşma əldə olunmadığını bildirib.

Rusiya XİN rəhbəri Sergey Lavrov isə daha əvvəl Rusiya və ABŞ prezidentləri arasında görüşün baş tuta biləcəyini istisna etməyib. Onun sözlərinə görə, ABŞ tərəfindən belə bir təşəbbüs irəli sürülərsə, görüş baş tuta bilər.

Açar sözlər:

Oxunub: 1164