Daha 4 kənd YPG-dən alındı - Afrindən SON XƏBƏR


23:29     15 Fevral 2018 2018/01/afrin-turk-ordu_1516864032.jpg

Türkiyə Silahlı Qüvvələrinin Suriyanin Afrin bölgəsində apardığı "Zeytun Budağı" əməliyyatı çərçivəsində daha 4 ərazini YPG-dən aldığı açıqlanıb.


Bu barədə "Anadolu" xəbər agentliyi məlumat verib. Alınan yerin Karri, Şerbanlı, Şedya ve Duraklı kəndləri olduğu bildirilib. Xatırladaq ki, 20 yanvarda başlayan əməliyyatda daha əvvəl Adamanlı, Haftar, Hay Oğlu, Ömər uşağı, Marso, Şeyx Abid, Karmanlı, Bali Kənd, Qurni və Mahmud Ubasi, Əli Bəkki, Xəlil, Sati Şaği, Alkana, Ali Kar, Hac Bilal, Şeyx Horoz, Hacı İskəndər, Məhəmmədiyyə, Ömər Simo, Arşali, Kude kəndləri ilə Bülbül bölgə mərkəzi, Buseyra dağı və Amara, Syria Təl təpəsinin alındığı qeyd olunmuşdu.

Femida.az

Açar sözlər: #Afrin   #YPG   #Türkiyə  

Oxunub: 1018