357 milyon uşaq müharibə zonasında yaşayır


01:19     16 Fevral 2018 18_02_15_1518710435.jpg


Dünyada təxminən 357 milyon uşaq böhran və müharibə regionlarında yaşayır.

Femida.az xəbər verir ki, beynəlxalq “Save the Children” qeyri-hökumət təşkilatının hesabatında yer alan məlumata görə, bu hər altı uşaqdan biri deməkdir. Qeyd olunub ki, 2010-cu ildən bəri münaqişələrdə ölən və ya yaralanan uşaqların sayında 300 faiz artım müşahidə olunub.

Bununla yanaşı, uşaqlara humanitar yardımların göstərilməsi də çətinləşib.

Femida.az

Açar sözlər: #uşaq   #mühariə   #dünya  

Oxunub: 674