Misirdə 8 nəfər edam olunacaq


14:20     16 Sentyabr 2015 misir_da_port_said_katliami_davasinda_11_kisiye_idam_cezasi_h6302_d5ac9.jpg

Misirdə “Müsəlman Qardaşları” Təşkilatının üzvləri barəsində növbəti məhkəmə hökmü elan edilib.


Femida.az xarici mediaya istinadən xəbər verir ki, polis və məhkəmə binalarına hücum etməkdə ittiham olunan 8 nəfər ölüm cəzasına məhkum olunub, 77 nəfər isə ömürlük azadlıqdan məhrum edilib.

Bundan başqa 5 nəfər bəraət qazanıb, 29-u isə 10 ildən 15 ilə qədər azadlıqdan məhrum olunub. Barəsində məhkəmə hökmü çıxarılan şəxslərin daha yüksək məhkəmə instansiyasına etiraz etmək hüquqları var.

Açar sözlər:

Oxunub: 870