29 yaşlı kişi dəm qazından zəhərləndi - Tovuzda


02:58     16 Fevral 2018 qaz7.jpg


Tovuzda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Femida.az-In trend-ə istinadən məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb. Kənd sakini, 1989-cu il təvəllüdlü Səfərov Səfər Firudin oğlu yaşadığı evdə dəm qazından zəhərlənib.

Xəstə təcili yardım briqadası ilə huşsuz vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsindən sonra xəstənin həyatını xilas etmək mümkün olub.

Femida.az

Açar sözlər: #Tovuz   #qaz   #zəhərlənmə  

Oxunub: 480