Daha 6 kənd terrorçulardan azad edildi


13:47     16 Fevral 2018 2018/02/TSKdan-Flas-Afrin-Operasyonu-Aciklamasi_1518330994_1518332283.jpg

Suriyanın Afrin bölgəsində həyata keçirilən "Zeytun budağı" əməliyyatında Türkiyənin 7 əsgəri yaralanıb.


Femida.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Afrinin Cinderes kəndində şiddətli döyüşlər baş verib, nəticədə 7 türk əsgəri yaralanıb.

Bundan əlavə Türkiyə ordusu fevralın 15-də Afrində 6 kəndi PYD terrorçularından azad edib.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb.

Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.

Femida.az

Açar sözlər: #Suriya   #Afrin   #Türkiyə   #PKK   #KCK   #PYD   #YPG  

Oxunub: 802