Metronun son bir aydakı gəliri: 4 milyon manat


15:45     16 Fevral 2018 18_02_16_1518767143.jpg

Cari ilin yanvar ayı ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 16,9 mln. ton yük daşınıb və 2017-ci ilin müvafiq dövrünə nisbətən 0,3% artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yüklərin 4,0%-i dəniz, 7,2%-i dəmir yolu, 0,1%-i hava, 57,6%-i avtomobil nəqliyyatı, 31,1%-i isə boru kəməri ilə daşınıb. Qeyri-neft yüklərinin həcmi 3,0% artaraq 12,4 mln. ton təşkil edib.

2018-ci ilin yanvar ayında nəqliyyatçılar 143,7 mln. nəfərə və ya 2017-ci ilin eyni dövrü ilə müqayisədə 1,6% çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 86,8%-i avtomobil nəqliyyatı, 12,9%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Bundan başqa, metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 2,7% artaraq 18,6 mln. nəfər olub.

Qeyd olunan dövr ərzində hava nəqliyyatı ilə 169,6 min və ya 15,6% çox sərnişin daşınıb, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 21,7% artaraq 16,8 min tona çatıb.

Metropoliten bu daşımalardan 4 milyon manata yaxın gəlir əldə edib.

Femida.az

Açar sözlər: #metro   #gəlir   #Bakı  

Oxunub: 782