Kişi qadının maşınından geyim oğurladı – BAKIDA


17:03     16 Fevral 2018 2018/02/hebs_1518772064.jpg

Bakıda oğurluqla məşğul olan şəxs tutulub.


Femida.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 14-də Şamaxı rayon sakini Teymur Əsədovu aldadaraq mobil telefonunu almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nicat Məmmədov Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun yanvarın 17-də Bakı şəhər sakini Ceyhun Qədirovun cibindən mobil telefon, Məleykə Hacıyevanın avtomobilindən isə 30 manat pul və geyim əşyaları oğurlaması da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər: #Həbs   #Bakı   #Cinayət  

Oxunub: 518