İran Türkiyədən yardım istədi - Urmiya gölü üçün


15:00     16 Sentyabr 2015 555f543a642d.jpg

İran Urmiya gölünün qurumasının qarşısını almaq üçün Türkiyədən yardım istəyib.


Femida.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Urmiya gölü Canlandırma Komissiyasının katibi İsa Kelanteri açıqlamasında gölü yenidən canlandırmaq üçün Van gölündən su daşınacağını söyləyib.

İran gölü xilas etmək üçün 6 milyard dollar ayırıb.

Van gölü və Urmiyə gölünün su strukturlarının bir-biriylə uyğun olub- olmadığına dair araşdırmalar aparılır.

3-4 ay davam etməsi gözlənilən araşdırmalardan sonra iki ölkə arasında texniki və siyasi müzakirələrin ediləcəyini qeyd edilib.

Açar sözlər:

Oxunub: 1311