İçərisində 2500 ədəd çörək olan maşın qaçırılıb


21:08     16 Fevral 2018 corek_55.jpg

Rusiyanın Sankt-Peterburq şəhərinin Krasnoselsk rayonunda içərisində 2500 ədəd çörək olan yük maşını naməlum şəxslər tərəfindən qaçırılıb.


Femida.az -ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin bölgə üzrə idarəsindən məlumat verilib.

Yük maşının sürücüsü polis bölməsinə müraciət edib və gecə park etdiyi maşının qaçırıldığını bildirib.

Faktla bağlı cinayət işi açılıb.

Femida.az

Açar sözlər: #Maşın   #Rusiya  

Oxunub: 955