Ucarda bıçaqlanma


16:40     16 Sentyabr 2015 28630.jpg

Ucar rayon sakini həmyerlisini bıçaqlayıb.


Hadisə sentyabrın 15-də gecə saatlarında Ucar rayonunun Alpı kəndində qeydə alınıb. Kənd sakini Abdullayev Vüsal Məhəmməd oğlu həmkəndlisi, 23 yaşlı Məmmədov Elçin Tofiq oğlunu bıçaqlayıb. Yaralı təcili olaraq Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Xəstəxanadan bildiriblər ki, E. Məmmədov əməliyyat olunub, vəziyyəti ağır olaraq qalır. Hadisəni törədən V. Abdullayev könüllü olaraq Polis Şöbəsinə gedərək təslim olub. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1118